"Sabah" yeni mövsüm üçün heyətində bəzi dəyişikliklər edəcək.
Apasport.az saytına verilən məlumata görə, Masazır təmsilçisi bəzi oyunçularla yollarını ayıra bilər.
Belə ki, klubun yollarını ayıracağı futbolçulardan biri Maruan Hadhudidir.
Etimadı doğrultmadığı üçün onunla müqavilə müddətinin artırılmayacağı gözlənilir.
Xatırladaq ki, mərakeşli futbolçu mövsümün əvvəlində “Sabah”la müqavilə imzalamışdı. Onun klubla müqavilə müddəti 2024-cü il iyunun 30-da başa çatacaq.
Razılığa əsasən, klub onunla müqavilə müddətini bir illik artırmaq hüququna malikdir.
Lakin Azərbaycan klubu Maruanın əvəzinə başqa müdafiəçi ilə anlaşmaq istəyir.
- Azərbaycanın basketbol yığmaları təsnifat mərhələsində mübarizəyə başlayır
- Abubakar: "Sergen Yalçın bacarırsa, indi də komandanı çempion etsin"
- Azarkeşləri "Mingəçevir"i ziyana saldı, Qusarda həkim hakimi təhqir etdi - Cəzalar
- Ayxan Abbasov əsas millidə - Bəs U21-i matça kim çıxaracaq?
- Dost özünə klub tapdı