“Sabah” aparıcı oyunçularından daha birini komandada saxlamağı planlaşdırır.
Apasport.az saytına verilən məlumata görə, Masazır təmsilçisi braziliyalı legioneri İqor Noqeyranı buraxmaq niyyətində deyil.
Umarali Raxmonaliyevi "Rubin"dən icarəyə götürən “Sabah” Noqeyra ilə də müqavilə müddətini artırmağı planlaşdırır. 30 yaşlı stopperin özü də Azərbaycan klubunda qalmaq istəyir.
Tərəflər arasında müqavilə müddətinin 1 illik artırılacağı gözlənilir.
2024-cü il avqustun 10-da “Sabah”a keçən İqorun müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
Braziliyalı futbolçu karyerası ərzində “Fluminense”, “Gent”, “Fiqueyrense”, “Jil Visente”, “Mazatlan”, “Yuventude”, “Santa-Klara”, “Şaviş” komandalarında oynayıb.
- İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- "Neftçi" "Şamaxı" ilə matça xüsusi forma ilə çıxıb - FOTO
- Bakıda keçiriləcək dünya çempionatında hakimlər üçün yenilik
- Azərbaycan çimərlik voleybolu üzrə klub reytinqdə Avropada birincidir
- "Sabah"ın hücumçusu Batumidəki darmadağında iştirak etdi