"Sabah" - “Sent Patriks Atletik” matçına 5500 bilet satılıb
15.08.2024 - 12:57

UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Sabah”ın İrlandiya təmsilçisi “Sent Patriks Atletik”lə cavab qarşılaşmasına indiyədək satılan biletlərin sayı açıqlanıb.
Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Masazırda keçiriləcək görüşə 5500 bilet satılıb.
Komandanın ev oyunlarını keçirdiyi “Bank Respublika Arena” 8700 azarkeş tutumuna malikdir.
“Sabah” – “Sent Patriks Atletik” matçı bu gün, saat 20:00-da “Bank Respublika Arena”da start götürəcək. İlk oyunda İrlandiya təmsilçisi 1:0 hesablı qələbə qazanıb.
- Saşa Yunisoğlu: "Yalnız “Qəbələ”nin elitaya yüksəlmək üçün lazımi şəraiti var"
- İrəvanda medal qazanan türkiyəli idmançılar: "Qələbəmizi Azərbaycana ərməğan edirik" - VİDEO
- Rauf Əliyev: "Zirə" kuboku qazansa, mənim üçün sürpriz sayılmayacaq" - MÜSAHİBƏ
- Benzemadan yeni 1 illik müqavilə
- "Zirə"dən transfer hərəkatı: Paxtman göndərilə bilər
0
0