“Sabah”dan “Bazel”ə - RƏSMİ
29.07.2026 - 20:07
“Sabah”dan “Bazel”ə - RƏSMİ

“Sabah” Aaron Maluda ilə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə "bayquşlar"ın mətbuat xidməti məlumat yayıb.

20 yaşlı futbolçu İsveçrənin “Bazel” klubuna transfer olunub.

Maluda ötən ilin sentyabr ayından “Sabah”ın uğurları üçün çalışırdı. O, komandanın heyətində ümumilikdə keçirdiyi 31 oyunda 9 qola imza atıb.