"Sabah"ın futbolçusu Almaniyada əməliyyat olunub
22.06.2024 - 10:19
!["Sabah"ın futbolçusu Almaniyada əməliyyat olunub](https://apasport.az/storage/news/2024/june/22/big/66766d4cda37766766d4cda378171903726066766d4cda37366766d4cda375.jpg)
"Sabah" klubunun futbolçusu Anatoli Nuriyev əməliyyat olunub.
Paytaxt təmsilçisinin mətbuat xidmətindən apasporr.az-a verilən məlumata görə, oyunçu ikitərəfli qasıq yırtığından cərrahi müdaxiləyə ehtiyac duyub.
Almaniyanın Münhen şəhərindəki klinikalardan birində baş tutan əməliyyat uğurla başa çatıb.
Həkimlərin rəyinə əsasən, Nuriyev 2 həftə sonra məşqlərə başlaya biləcək.
0
0