Sabiq "Neftçi"li yenə istefaya göndərildi
18.03.2025 - 13:04
Sabiq "Neftçi"li yenə istefaya göndərildi

Rumıniyanın “Petrolul” klubu baş məşqçisi Adrian Mutu ilə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssis komandanın uğursuz çıxışına görə istefaya göndərilib.

Adrian Mutu 31 dekabr 2024-cü ildən etibarən Rumıniya təmsilçisini çalışdırırdı. 

“Petrolul” hazırda çempionatda 20 xalla 10-cu sıradadır.

Qeyd edək ki, Mutu 2023-cü ilin yayından dekabrına qədər “Neftçi”yə rəhbərlik edib.