![Şahin Diniyev: "Məqsəd turnir cədvəlində irəliləmək qoyulub"](https://apasport.az/storage/news/2022/december/28/big/63ac8b49c016f63ac8b49c0170167225223363ac8b49c016a63ac8b49c016d.jpg)
"Ağır və məsuliyyətli bir işə girdiyimi bilirəm".
Apasport.az xəbər verir ki, bunu "Səbail"in yeni baş məşqçisi Şahin Diniyev deyib.
O bildirib ki, yeni təyin olunduğundan, hələ çox danışmağa lüzum yoxdur. Lakin məşqçi qarşıya qoyulan məqsəd və komandanın hazırlıq prosesindən danışıb: "Qarşıma məqsəd olaraq turnir cədvəlində alt sıradan qurtulub irəliləmək qoyulub. Yanvarın 3-ü Bakıda yığışıb Antalyaya yollanacağıq. Orada yanvarın 18-dək məşq keçəcəyik".
Diniyevin sözlərinə görə, onun komandadakı köməkçiləri yaxın günlərdə bəlli olacaq.
Qeyd edək ki, Şahin Diniyevlə növbəti mövsümün sonunadək müqavilə bağlanılıb.
Səbuhi Musa