“Şamaxı” “Zirə” səfərindən bir xalla qayıdır - YENİLƏNİB
07.04.2026 - 19:08
“Şamaxı” “Zirə” səfərindən bir xalla qayıdır - YENİLƏNİB

Misli Premyer Liqasında 26-cı tura bu gün oynanılacaq 3 oyunla yekun vurulacaq.

Apasport.az xəbər verir ki, günün ikinci matçı Zirə qəsəbəsində baş tutub.

"Zirə" doğma meydanda "Şamaxı"nı qonaq edib. Matçın start fiti saat 17:15-də səslənib.

Gərgin keçən görüşdə qalib müəyyənləşməyib. Oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Misli Premyer Liqası

III dövrə, XXVI tur

17:15. "Zirə" - "Şamaxı" 1:1

Hakimlər: Elçin Məsiyev, Rahil Ramazanov, Teymur Teymurov, İnqilab Məmmədov
VAR: Rauf Cabarov
AVAR: Pərvin Talıbov
Zirə. İdman Kompleksinin stadionu