![Santuş İsveçlə matçdan öncə media nümayəndələri ilə görüşəcək](https://apasport.az/storage/news/2024/september/03/big/66d6a206bd20e66d6a206bd20f172534221466d6a206bd20c66d6a206bd20d.jpg)
UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sentyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - İsveç oyunu öncəsi təşkil olunacaq mətbuat konfransları və mətbuat üçün açıq məşqlərin vaxtı açıqlanıb.
Apasport.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Hər iki tədbir qarşılaşmanın reallaşacağı arenada baş tutacaq.
4 sentyabr
İsveç milli komandası
17:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
18:15. Mətbuat konfransı
Azərbaycan milli komandası
18:45. Mətbuat konfransı
19:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Qeyd edək ki, Azərbaycan - İsveç oyunu sentyabrın 5-də, saat 20:00-da başlayacaq.