"Şaxtyor"un futbolçusu "Eyüpspor"da - RƏSMİ
31.01.2025 - 18:57
"Eyüpspor" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, bunu Türkiyə klubunun mətbuat xidməti açıqlayıb.
İstanbul təmsilçisi "Şaxtyor"dan Taras Stepanenkonu rənglərinə bağlayıb.
35 yaşlı futbolçu ilə 1,5 illik müqavilə imzalanıb. Yarımmüdafiəçi 2026-cı ilin yayına qədər "Eyüpspor"un şərəfini qoruyacaq.
Qeyd edək ki, Stepanenko 15 il "Şaxtyor"da çıxış edib. O, komandanın heyətində 439 matçda 29 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb.
- "Beşiktaş" "Qalatasaray"ı məğlub edərək superkubokun sahibi olub - YENİLƏNİB
- Yığmamız Gürcüstandakı hazırlıqlarını yekunlaşdırıb
- Kristian Avram: "Araz-Naxçıvan" rəqibdən asılı olmayaraq həmişə qələbəyə köklənir" - Müsahibə
- Hakimi vuran prezident: "Vurduğum şillə qırığa səbəb ola bilməz"
- "Napoli" prezidenti ərəblərə söz atdı: 200 milyona Osimhenin 1 ayağını ala bilərsiz
0
0