"Səbail" 100-cü səfər qolunu vurub
03.02.2025 - 10:58
!["Səbail" 100-cü səfər qolunu vurub](https://apasport.az/storage/news/2025/february/03/big/67a064223452467a0642234525173856464267a064223452267a0642234523.jpg)
Misli Premyer Liqasının XXI turunun “Turan Tovuz”la oyununda (1:1) vurulan qol “Səbail” üçün əlamətdar olub.
Apasport.az xəbər verir ki, Bakı klubu ölkə çempionatlarında 100-cü səfər topuna imza atıb. Yubiley qolunu Madi Queta vurub.
100-cü qol rəqib meydanlarındakı 113-cü matça təsadüf edib. “Səbail” Azərbaycan çempionatları tarixində səfərdəki qol sayı üç rəqəmlə ifadə olunan 19-cu komanda olub.
Qeyd edək ki, “Səbail” ilk səfər qolunu 2017-ci il avqustun 13-də “Zirə” ilə səfər oyununda (1:2) vurub. Həmin topun müəllifi Vüqar Nadirov olub.
0
0