“Səbail”in yay hazırlıq planı bəlli olub
21.07.2025 - 14:34

2025/2026-cı il mövsümündə I liqada mübarizə aparacaq “Səbail”in hazırlıq proqramı açıqlanıb.
Apasport.az xəbər verir ki, Bakı təmsilçisi toplanışa iyulun 25-də start verəcək.
Komandanın təlim-məşq toplanışı “ASCO Arena” olacaq. Hazırlıq mərhələsi çərçivəsində Elvin Məmmədovun rəhbərlik etdiyi komanda 4 yoxlama oyunu keçirəcək. Rəqiblər hələ dəqiqləşməyib.
0
0