“Şəfa”nın məşqçi heyəti BƏLLİ OLDU
27.06.2026 - 21:12
“Şəfa”nın məşqçi heyəti BƏLLİ OLDU

“Şəfa”nın əsas komandasının məşqçi heyəti müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Baş məşqçi Zaur Həşimova məşqçilər Hacı Əhmədov, Rauf Əliyev, Cəmil Hacıyev, Zaur Əliyev və Eyyub Əliyev kömək edəcək.

Qeyd edək ki, 2025/26 mövsümündə I Liqada çempion olan "Şəfa" Premyer Liqaya vəsiqə qazanıb.