Şəhla Allahverdiyevadan Avropa Oyunlarına erkən vida
26.06.2023 - 16:35
![Şəhla Allahverdiyevadan Avropa Oyunlarına erkən vida](https://apasport.az/storage/news/2023/june/26/big/649994b859156649994b8591571687786679649994b859153649994b859154.jpg)
Azərbaycan boksçusu Şəhla Allahverdiyeva Polşada keçirilən III Avropa Oyunlarında ilk görüşünü keçirib.
Apasport.az saytının məlumatına görə, 66 kq çəkidə qüvvəsini sınayan yığma üzvü 1/8 finalda Oşin Deriyuvlə (Belçika) qarşılaşıb.
Görüş rəqibin qələbəsi ilə başa çatıb. Belçikalı 5:0 (30:26, 30:24, 30:25, 30:25, 30:25) hesabı ilə qalib gəldiyindən, Allahverdiyeva Krakov-2023-lə vidalaşıb.
Qeyd edək ki, bu gün daha 2 boksçumuz rinqə çıxacaq. Məsud Yusifzadə (51 kq) Atilla Bernatla (Macarıstan), Murad Allahverdiyev (80 kq) Nikita Niystedlə (Finlandiya) üz-üzə gələcək.
0
0