![Sərxan Hacıyev: “Elmar Məmmədyarov yanlış başa düşüb, komanda sayı dəyişməyəcək"](https://apasport.az/storage/news/2023/june/16/big/648c344887288648c3448872891686910024648c344887286648c344887287.jpg)
Misli Premyer Liqasında komanda sayı dəyişdirilməyəcək.
Apasport.az saytının məlumatına göırə, bunu AFFA-nın baş katibi Sərxan Hacıyev açıqlayıb.
O, İcraiyyə Komitəsinin bugünkü iclasından sonra jurnalistlərə açıqlamasında bildirib ki, növbəti mövsümdə də 10 komanda olacaq: “Şamaxı” sonuncu yeri tutduğu üçün I diviziona düşəcək. Orada çempion olan “Araz Naxçıvan” isə Premyer Liqada oynayacaq”.
Hacıyev daha öncə açıqlama verən Elmar Məmmədyarovun fikirlərinə də münasibət bildirib. Baş katib komanda sayının 12-yə çatdırıldığını, “Şamaxı”nın Premyer Liqada qaldığını, “Araz Naxçıvan” və “Zaqatala”nın ora yüksəldiyini bildirən komitə üzvünün qərarı yanlış başa düşdüyünü qeyd edib.