“Şimal”dan yeni transfer
05.03.2026 - 09:38
“Şimal”dan yeni transfer

Azərbaycan I Liqasında çıxış edən Xaçmazın "Şimal" futbol klubu heyətini yeni legionerlə gücləndirib.

Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Bölgə təmsilçisi kot-d'ivuarlı 21 yaşlı hücumçu Qla Anj Donaldı transfer edib.

Futbolçu ilə cari mövsümün sonunadək müqavilə imzalanıb.

Donald karyerası ərzində Moldovanın "Saksan" və Azərbaycanda "Mingəçevir" komandalarında çıxış edib. Hücumçunun "Şimal"ın heyətində 7 nömrəli forma ilə çıxış edəcəyi bildirilib.

Qeyd edək ki, "Şimal" hazırda I Liqanın turnir cədvəlində 8 xalla 10-cu pillədə qərarlaşıb.