"Sumqayıt" sabiq futbolçusunu heyətinə qatdı
28.06.2024 - 12:14
!["Sumqayıt" sabiq futbolçusunu heyətinə qatdı](https://apasport.az/storage/news/2024/june/28/big/667e712e3b405667e712e3b4061719562542667e712e3b403667e712e3b404.jpg)
“Sumqayıt” komandası heyətinə yeni futbolçu qatıb.
Apasport.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi sabiq futbolçusu Rəhim Sadıxovu yenidən transfer edib. Onunla 2+1 illik müqavilə imzalanıb.
Azərbaycan millisinin üzvü son olaraq “Zirə”də çıxış edib.
Qeyd edək ki, Rəhim Sadıxov 2019-2022-ci illərdə də “Sumqayıt”ın formasını geyinib.
0
0