Sumqayıt şəhər stadionunda keçiriləcək ilk oyun bəlli oldu
12.01.2024 - 15:43
![Sumqayıt şəhər stadionunda keçiriləcək ilk oyun bəlli oldu](https://apasport.az/storage/news/2024/january/12/big/65a126e93e97a65a126e93e97b170506007365a126e93e97865a126e93e979.jpg)
"Sumqayıt" Azərbaycan Premyer Liqasının XXI turunda "Neftçi" ilə ev matçını Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirəcək.
Apasport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
"Neftçi" fevralın 4-də "Sumqayıt"ın qonağı olacaq. Görüş saat 15:00-da başlayacaq.
Qeyd edək ki, bu, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra ilk oyun olacaq.
0
0