"Sumqayıt"ın yarımmüdafiəçisi Premyer Liqada 100-cü oyununu keçirib
16.12.2025 - 11:55
"Sumqayıt"ın yarımmüdafiəçisi Rüstəm Əhmədzadə Misli Premyer Liqasında 100-cü oyununu keçirib.
Apasport.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, onun yubileyi XV tura təsadüf edib.
25 yaşlı futbolçu "Neftçi" ilə qarşılaşmaya (2:2) start heyətində çıxıb.
O, 100 matçda 10 qola imza atıb. Debütü 2021/2022 mövsümünə təsadüf edən Əhmədzadə üç klubun formasını geyinib. O, "Zirə"də 80 (6 qol), "Sumqayıt"da 14 (4 qol), "Qarabağ"da 6 dəfə şans qazanıb.
Qeyd edək ki, Rüstəm Əhmədzadə turnirin tarixində 100 və daha çox oyun keçirən 450-ci futbolçu olub.
- Polşa millisinin üzvü Super Liqa klubuna keçir
- III MDB Oyunları: Stolüstü tennis üzrə yarışlara start veriləcək
- Azərbaycan Qran Prisi 2025-in könüllü proqramının qeydiyyat mərhələsi rekordla yadda qalıb
- Xristov: “Sabah" nə qədər güclü olsa belə "Qarabağ"dan çempionluğu ala bilməyəcək” - MÜSAHİBƏ
- AVRO-2025: 59 ildən sonra ev sahibi olacaq
0
0