
Martın 11-12-də Eyndhovendə açıq Niderland çempionatı keçiriləcək.
Federasiyadan apasport.az saytına verilən məlumata görə, yarışda kişilərdən ibarət Azərbaycan milli komandası da gücünü yoxlayacaq.
Baş məşqçi Reza Mehmandost və böyük məşqçi Elnur Amanov G1 kateqoriyalı yarışda 11 taekvondoçuya şans verəcək. Niderlandda dayanq üzərinə Səyyad Dadaşov, Rahid Vəliyev (hər ikisi 54 kq), Qaşım Maqomedov (58 kq), Xanoğlan Kərimov, Pərviz İskəndərov (hər ikisi 63 kq), Cavad Ağayev, Yaşar Məmmədli (hər ikisi 68 kq), Eltac Qafarov (74 kq), Əliəskər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq) və Həmidreza Bədriəliabadi (+87 kq) çıxacaqlar.
Bu gün səfərə yollanan komandaya rəhbərliyi Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev edəcək.
- Salah qərarını verdi: "Liverpul"da yeni müqavilə - Rəsmi
- Avropa Liqasında 2023/2024 mövsümünün ən yaxşı qolu bəlli olub
- Çempionlar Liqası: "Atletiko"dan qələbə, "Aston Villa"nın seriyası qırıldı - YENİLƏNİB
- Yevlax Olimpiya İdman Kompleksinə media-tur təşkil olunub
- Georgi Kondruseviç: “Bunu aradan qaldırmağa çalışırıq”