Bakıda keçirilən taekvondo üzrə dünya çempionatında son günün döyüşləri keçirilir.
Apasport.az saytının məlumatına görə, mundailda bu gün qadınlarda 53 kq, kişilərdə +87 kq çəki dərəcələrində mükafatçılar bəlli olacaq.
Azərbaycan millisinin heyətində Həmidrza Bədriəliabadi çempionata qələbə ilə başlayıb. O, 1/16 finalda Nouhum Diavaranı (Mali) 2:1 hesabı ilə məğlub edib. Taekvondoçumuz ikinci qarşılaşmasında fransalı Omar El Yazidini sınağa çəkib. Bədriəliabadi 2:1 hesabı ilə qalib gəlib. Taekvondoçumuz 1/4 finalda türkiyəli Emre Ateşli ilə mübarizə aparıb. Rəqib 2:1 hesabı ilə qalib gəldiyindən Bədriəliabadi mundialla vidalaşıb.
Digər yığma üzvü Səmərrux Osmanova 1/16 finalda Mariella Bou Habib (Livan) ilə üz-üzə gəlib. 1:2 hesabı ilə uduzan təmsilçimiz yarışda çıxışını başa vurub.
Qeyd edək ki, dünya çempionatına 145 ölkədən 949 taekvondoçu qatılıb. Yarış bu gün başa çatacaq
- “Heydər Əliyev kuboku-2024”: 7 boksçumuz finala yüksəlib
- İlqar Qurbanov: “Məşqçilər icazə alırlar ki, taksi sürüm, dolanım” - MÜSAHİBƏ
- DÇ-2026: Argentina və Braziliyadan darmadağın
- III MDB Oyunları: Azərbaycan çövkən üzrə millisi yarışa inamlı qələbə ilə başladı
- “Nyukasl”ın müdafiəçisi Türkiyə klubu ilə anlaşıb