Azərbaycan Minifutbol Federasiyasının (AMF) icraçı vitse-prezidenti Taleh Nəsibov Bratislavada keçirilən Avropa Minifutbol Federasiyasının 23-cü Baş Assambleyasında iştirak edib.
Apasport.az xəbər verir ki, tədbirdə Avropanın müxtəlif ölkələrindən olan üzv assosiasiyaların nümayəndələri iştirak ediblər.
Onlar minifutbolun gələcək inkişafı, strateji istiqamətlər və qarşıdakı layihələrlə bağlı fikir mübadiləsi aparıblar.
Assambleya çərçivəsində federasiyanın fəaliyyəti, əməkdaşlığın genişləndirilməsi və idman növünün daha da inkişaf etdirilməsi ilə bağlı mühüm məsələlər müzakirə olunub.
Federasiyanın rəhbəri Peter Kralik minifutbolun inkişafına verdikləri dəstək və töhfəyə görə bütün üzv assosiasiyalara təşəkkürünü bildirib.
- “Nyukasl” “Siti” ilə bacarmadı
- “Qarabağ”ın sabiq futbolçusu: “Bu, Musa Qurbanlı və Ramil Şeydayev üçün xeyirli oldu”
- “Dostluq Kuboku” turniri keçiriləcək
- Rahid Əmirquliyev: “De Byazini indidən göndərsəydilər, vaxt itkisi olmazdı”
- Qarnaçodan "Yunayted"liləri qıcıqlandıran açıqlama: "Doğru an və doğru klub..."