"Turan Tovuz"un legioneri əməliyyat olunub
07.01.2025 - 11:14

"Turan Tovuz" klubunun futbolçusu Roderik Miller əməliyyat edilib.
Apasport.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Menisk yırtığı diaqnozu qoyulan oyunçu artroskopik diz əməliyyatı olunub. Klub rəhbərliyi və həkimlərin icazəsi ilə müdafiəçinin əməliyyatı vətəni Panamada, milli komandasının həkimlərinin nəzarəti altında gerçəkləşib.
Millerin yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik bəlli deyil.
- Badmintonçularımız beynəlxalq turnirdə 2 medal qazandılar
- Türkiyə klublarının avrokubok matçlarına hakim təyinatları açıqlanıb
- “Bayer” “Siti”nin futbolçusunu istəyir
- Ovusu gələn həftə “Qarabağ”dan ayrılacaq – müqaviləyə gedir
- Bəxtiyar Həsənalızadə: "Ara-sıra maaş problemləri olur, gecikmələr də var" - Müsahibə
0
0