U-19 millimiz Türkiyəyə böyük hesabla uduzdu
07.06.2024 - 20:36
![U-19 millimiz Türkiyəyə böyük hesabla uduzdu](https://apasport.az/storage/news/2024/june/07/big/666337402c6b3666337402c6b41717778240666337402c6b1666337402c6b2.jpeg)
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Moldovada təşkil edilən yoldaşlıq turnirində ikinci oyununu keçirib.
Apasport.az xəbər verir ki, millimiz Türkiyənin U-20 komandası ilə qarşılaşıb.
Bender şəhərinin “Dinamo” stadionunda baş tutan görüş Türkiyə kollektivinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, U-19 turnirin ilk oyununda Qazaxıstan yığması üzərində 2:0 hesablı qələbə qazanıb. Millimiz son matçını iyunun 10-da, saat 20:30-da Moldovanın U-19 kollektivinə qarşı keçirəcək.
0
0