UEFA B kateqoriyalı məşqçi kursunun II mərhələsi keçirilir
23.05.2024 - 09:44
![UEFA B kateqoriyalı məşqçi kursunun II mərhələsi keçirilir](https://apasport.az/storage/news/2024/may/23/big/664ed7389cc87664ed7389cc881716442936664ed7389cc85664ed7389cc86.jpg)
Milli Komandaların Təlim-Məşq Mərkəzində qapıçılar üzrə məşqçilər üçün UEFA-nın B kateqoriyalı məşqçi kursunun II mərhələsi keçirilir.
Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, məşğələlərə bu dəfə də yerli təlimatçılar - Faiq Əzizov, Üzeyir İbrahimov, Elşən Poladov və Amil Ağacanov rəhbərlik edirlər.
Qeyd edək ki, məşqçi kursunun I mərhələsi martda baş tutub.
0
0