"Qarabağ"ın futbolçuları UEFA Çempionlar Liqasının 2025-2026 mövsümünün ən yaxşıları sırasında yer alıblar.
Bu barədə klubun mətbuat xidmətindən "apasport"a məlumat verilib.
Belə ki, mövsüm başa çatdıqdan sonra açıqlanan UEFA-nın “FedEx Performance Zone” statistik hesabatına əsasən, komandanın qapıçısı Mateuş Koxalski turnirdə etdiyi 45 seyv ilə ən çox qurtarış edən qapıçılar sırasında 4-cü pillədə qərarlaşıb.
Polşalı qolkiper yalnız Nikita Haykin, Tibo Kurtua və Uğurcan Çakırdan geri qalıb.
Abdullah Zubir isə meydanın rəqibə aid olan 1/3 hissəsindəki mübarizələrdən 14 dəfə qalib ayrılıb.
Yalnız PSJ-nin ulduzu Vitinyadan geri qalan fransalı yarımmüdafiəçi 2-ci yerə şərik olub.
- Klopp Almaniya millisinə namizədliyindən danışdı
- “Kəpəz”dən vacib qələbə, "Araz"dan növbəti məğlubiyyət - YENİLƏNİR
- Bakı metrosu “Qarabağ”ın oyunu ilə bağlı gücləndirilmiş rejimdə işləyəcək
- “Fənərbaxça” Konfrans Liqasında mübarizəni dayandırdı - YENİLƏNİB
- 12 il sonra eyni hesab – Almaniya 7:1-i təkrarladı