Vüsal 58 dəqiqə oynadı, “Eqnatia” üç xal qazandı
31.10.2023 - 20:21
![Vüsal 58 dəqiqə oynadı, “Eqnatia” üç xal qazandı](https://apasport.az/storage/news/2023/october/31/big/6541282d8c7776541282d8c77816987689416541282d8c76d6541282d8c776.jpg)
Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Eqnatia” qələbə qazanıb.
Apasport.az saytı xəbər verir ki, onun komandası Albaniya Superliqasının 11-ci turunda “Kukesi”ni məğlub edib.
“Eqnatia” öz meydanın 2:1 hesablı qələbə əldə edib. Start heyətində meydana çıxan Vüsal 58-ci dəqiqədə əvəzlənib. Xallarının sayını 23-ə yüksəldən birinci pillədəki yerini möhkəmlədib. İsgəndərlinin komandası ehtiyatda iki oyunu olan “Partizani”ni üç xal qabaqlayır.
Qeyd edək ki, “Eqnatia” növbəti turda “Erzeni”nin qonağı olacaq.
0
0