Futzal üzrə AVRO-2026-nın əsas mərhələsində Azərbaycan millisinin Xorvatiya yığması ilə qarşılaşacağı görüşün hakim təyinatları açıqlanıb.
Apasport.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 31-də Pula şəhərində keçiriləcək görüşü Moldova və Estoniyadan olan hakimlər idarə edəcək.
Qarşılaşmada birinci hakim kimi Viktor Buqenko (Moldova) fəaliyyət göstərəcək. Digər hakimlər isə estoniyalı Qriqori Oşomkov və Yaqnar Yakobson olacaq. Matçın UEFA nümayəndəsi Stefan Kammerer (Almaniya) təyin edilib.
Qeyd edək ki, "Mate Parlov"da keçiriləcək Xorvatiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.
- UEFA B kateqoriyalı məşqçi kursunun II mərhələsi keçirilir
- Şahmatçımız İndoneziyada beynəlxalq turnirin qalibi olub
- “Qara qartallar” Fil Dişi Sahili yığmasının üzvü ilə vidalaşdı
- “Neftçi”nin Müşahidə Şurasının iclasının vaxtı dəqiqləşdi
- David Şvarqa: "Onun səyləri nəticəsində istədiyimiz nəticəni qazandıq" - MÜSAHİBƏ