Yığma komandamız Monteneqro ilə üz-üzə gələcək
24.02.2025 - 10:52

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının II seçmə mərhələsində sonuncu oyununu keçirəcək.
Apasport.az xəbər verir ki, B Liqasının IV qrupunda yer alan komanda Monteneqro ilə üz-üzə gələcək.
Albaniyanın paytaxtı Tiranadakı “House of Football Natural Pitch” stadionunda təşkil olunacaq qarşılaşmanı rumıniyalı Roksana Rekorean idarə edəcək.
Görüş Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.
Qeyd edək ki, milli daha əvvəl keçirdiyi matçlarda Şimali İrlandiyaya və Albaniyaya 0:4 hesabı ilə məğlub olub.
- “Sərhədçi”nin baş məşqçisi: “Bütün oyunçuların motivasiyası yüksəkdir"
- "Nyukasl" Liqa Kubokunun ilk finalçısı oldu
- Felipe Santos: “Buna heç kim zəmanət vermir” - MÜSAHİBƏ
- Slavko Georgiyevski: "Adrian Mutuya zaman lazımdır" - MÜSAHİBƏ
- Almaniya mundialla vidalaşdı, Yaponiya və İspaniya 1/8 finalda - YENİLƏNİB
0
0