16 yaşadək oğlan basketbolçular arasında Avropa çempionatının C divizionunda yarımfinal oyunları keçirilib.
Apasport.az xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada keçirilən turnirdə çıxış edən Azərbaycan millisi növbəti matçına çıxıb.
Tahir Baxşıyevin yetirmələri Kosovo ilə üz-üzə gəlib. Oyun rəqib komandanın qələbəsi ilə yekunlaşıb. Kosovalılar 76:41 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, millimiz sabah 3-cü yer uğrunda oyunda mübarizə aparacaq.
U-16-lar (oğlanlar) arasında Avropa çempionatı
C divizionu, yarımfinal
13 iyul
19:00. Kosovo - Azərbaycan - 76:41 (13:12, 23:9, 19:16, 21:4)
Feti Borova Milli Olimpiya Mərkəzi
- Emre Belözoğlunun yeni komandası bəlli oldu
- Millimizin baş məşqçisi: “Bu qalibiyyət münasibətilə Azərbaycan xalqını təbrik edirəm”
- Boksçumuz Avropa birinciliyində erməni rəqibinə qalib gəldi və medalı təmin etdi
- “Frayburq” – “Qarabağ”: Təxmini heyətlər açıqlandı
- "Qarabağ" – "Ferentsvaroş" matçı bu kanalda