Yığmamızdan ikinci məğlubiyyət - 1:5
24.09.2022 - 15:52
Avropa çempionatının seçmə mərhələsində mübarizə aparan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, millimiz II turda Türkiyə ilə qarşılaşıb.
Matç “ay-ulduzlular”ın qələbəsi ilə başa çatıb – 5:1. Böyükhesablı məğlubiyyət alan millinin yeganə qoluna penalti ilə Nəriman Axundzadə imza atıb.
Qeyd edək ki, 2-ci qrupda mübarizə aparan komandamız ilk turda Bolqarıstana 0:1 hesabı ilə uduzub.
- "Kəpəz"in yay hazırlıq planı bəlli oldu
- Sabiq "Fənər"li Yunanıstan klubuna keçib: Pelkas vətənində
- Ramin Quliyev: "Kapitanlıq sarğısının Emin Mahmudovdan alınması yanlış idi" - Müsahibə
- İlin ilk "Böyük Dəbilqə"sində çıxış edəcək cüdoçularımız – ADLAR
- Hidayət Heydərov: "Yenidən zirvəyə qayıdacağıma əminəm"
0
0