Yüksək Liqa: “Neftçi”dən qələbə - 12:4
18.11.2025 - 16:53
Yüksək Liqa: “Neftçi”dən qələbə - 12:4

Futzal üzrə Yüksək Liqada VII tura start verilib.

Apasport.az xəbər verir ki, turun açılış oyununda “Neftçi” U-19 komandası ilə üz-üzə gəlib.

“Olimpik Star”da keçirilən görüşdə “ağ-qaralar” 12:4 hesabı ilə qalib gəlib.

Qələbə sayəsində xallarını 19-a çatdıran “Neftçi” birinci pillədə qərarlaşıb.