"Zirə" Bakıda qış təlim-məşq toplanışı keçəcək
23.12.2024 - 14:29
!["Zirə" Bakıda qış təlim-məşq toplanışı keçəcək](https://apasport.az/storage/news/2024/december/23/big/67693a3f56f0667693a3f56f07173494943967693a3f56f0467693a3f56f05.jpg)
"Zirə"nin qış təlim-məşq toplanışının proqramı bəlli olub.
Apasport.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Komanda yanvarın 2-də bir araya gələcək. Hazırlığı Bakıda keçəcək “qartallar” toplanış müddətində iki yoxlama oyunu keçirməyi planlaşdırır.
"Zirə" yanvarın 9-da “Şamaxı”, 12-də isə “Qarabağ”la üz-üzə gələcək.
0
0