
“Zirə” “Qəbələ”nin futbolçusu ilə maraqlanır.
Apasport.az saytına verilən məlumata görə, qəsəbə təmsilçisinin transfer siyahısında özünə yer edən futbolçu Bilel Auaşeriyadır.
“Zirə” fransalını heyətinə qatmağı planlaşdırır. Amma bunu etmək heç də asan olmayacaq.
Məsələ burasındadır ki, 29 yaşlı futbolçunun “Qəbələ” ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir. Komandası sonuncu pillədə olsa da, şəxsi performansı ilə klubların maraq dairəsinə düşən Bilelin qışda komandanı tərk edib-etməyəcəyi elə fasilədə dəqiqləşəcək.
O, bu mövsüm 18 matçda 4 qol vurmağı bacarıb. “Sent-Etyen”in yetirməsi olan Bilel “Sportinq Kovilya”, “Moreyrense”, “Farense”, “Jil Visente” klublarında çıxış edib.
- "Yuventus" ölkə çempionatını qələbə ilə başa vurdu
- “Kəpəz”in legioneri: "Baxdıq və gördük ki, top xətti keçib, amma..." - MÜSAHİBƏ
- “Zirə”dən böyükhesablı qələbə - YENİLƏNİB
- Basketbol Federasiyası uşaq basketbol məşqçilərinə sertifikatlarını təqdim edib
- Yığmamızın hücumçusu: “Səhvlərdən qaça bilmədik”