![“Zirə” – “Kəpəz” oyununda 5 qırmızı vərəqənin CƏZASI](https://apasport.az/storage/news/2022/december/28/big/63ac102aad4d763ac102aad4d81672220714892912b641f34cd76e57b483218f2fb3.jpg)
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az saytının məlumatına görə, yığıncaqda Misli Premyer Liqasının XVIII turunda baş verənlər müzakirə olunub.
“Səbail” – “Qarabağ” oyununda kənar şəxslər meydançaya daxil olduğu üçün meydan sahibləri 1600 manat cərimələnib.
“Zirə” – “Kəpəz” matçında Bakı klubunun 4, Gəncə təmsilçisinin 6 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün hərəsi 800 manat cərimə edilib. Qonaqların qırmızı vərəqə alan futbolçuları Elçin Əlicanov, Giorgi Kantariya və Mixeil Erqemlidze hərəyə 1 oyun cəzalanıb. “Kəpəz” onların hərəsi üçün 200 manat cərimə ödəyəcək. Bundan başqa bir oyunda 3 qırmızı vərəqə ilə cəzalandığı üçün klub 4800 manat cəriməyə də məruz qalıb.
“Zirə”nin qırmızı vərəqə alan futbolçularının cəzası fərqli olub. Coşqun Diniyev 2 oyun cəzalanaraq klubunu 1600 manat xərcə salıb. Nemanya Andelkoviçin cəzası isə 1 matç və 200 manat təşkil edib.