"Zirə" Qabon millisinin üzvünü transfer etmək istəyir
03.04.2024 - 23:32
“Zaqatala”nın futbolçusu Steyn Essono yeni mövsümdən Premyer Liqada çıxış edə bilər.
Apasport.az saytına verilən məlumata görə, ötən ay ilk dəfə Qabon millisinə dəvət edilmiş 25 yaşlı müdafiəçi “Zirə”nin transfer siyahısındadır.
Essono Qabon millisinə dəvət edildikdən sonra Avropanın da bir neçə klubunun transfer siyahısına düşüb.
Amma “Zirə” Steyni heyətinə qatmaqda ən israrlı komandadır.
- Millimizin üzvü: "Bura birinci yeri tutmaq və mərhələ adlamaq üçün gəlmişdik"
- Paris-2024: Daha bir boksçumuz mübarizədən kənarlaşdırıldı
- DÇ-1986-dan sonra ilk
- Sərbəst güləş üzrə Azərbaycan millisi 4 medalla Vətənə dönüb
- Qurban Qurbanov: "Görsək ki, Azərbaycan futboluna faydası var, lazımi addımı atacağıq"
0
0