"Zirə"dən ayrıldı - I Liqada çıxış edəcək
13.07.2026 - 15:13
"Zirə"dən ayrılan futbolçu Fuad Bayramov karyerasını I Liqada davam etdirəcək.
Apasport.az xəbər verir ki, "Səbail" 28 yaşlı müdafiəçini heyətinə qatdığını açıqlayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Oyunçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Fuad Bayramov karyerası ərzində "Şamaxı" və "Turan Tovuz" klublarının da formasını geyinib.
0
0