“Zirə”nin Əhmədzadə planı
25.10.2023 - 15:04
"Zirə" "Qarabağ"dan icarəyə götürdüyü Rüstəm Əhmədzadəni komandada saxlamaq istəyir.
Apasport.az xəbər verir ki, Azərbaycan millisinin üzvünün bu mövsümdəki performansı Bakı klubunu çox razı salıb.
Buna görə də, Bakı klubu Əhmədzadə ilə işbirliyini davam etdirmək üçün onunla icarə müqaviləsini artırmağı planlaşdırır. Bunun üçün iki klub arasında danışıq aparılacaq.
Qeyd edək ki, Rüstəm cari mövsümdə Premyer Liqanın 10 matçında meydana çıxıb.
- De Byazi: "Sonadək mübarizə apardıq"
- Apellyasiya Komitəsi şahmat üzrə Azərbaycan çempionatında keçirilmiş partiyanın nəticəsini dəyişib
- PSJ "Çelsi"nin ulduzu ilə maraqlanır
- Bir vaxtların ulduz namizədi Elşən Abdullayev: "Zədələr imkan vermədi..." - Müsahibə
- “Mançester Yunayted” “Mançester Siti”ni keçdi - yeni rekord
0
0