"Zirə"nin futbolçusu Kambocaya transfer olundu
21.08.2026 - 11:09
"Zirə"nin futbolçusu Kambocaya transfer olundu

"Zirə"nin hücumçusu Junior Martins komandanı tərk edib.

Apasport.az xəbər verir ki, o, Kambocanın "Prexxanrit Svayrinq" klubuna transfer olunub.

Bunu Bakı təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Futbolçunun keçidi ilə bağlı tərəflər arasında müqavilə bağlanıldığı bildirilib.