"Zirə"nin rəqibindən qələbə
05.07.2025 - 13:25
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Hayduk" yoxlama oyunu keçirib.
Apasport.az xəbər verir ki, Sloveniyada təlim-məşq toplanışında olan kollektiv yerli "Radomlje" ilə üz-üzə gəlib. Qarşılaşma Split təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
"Hayduk" növbəti hazırlıq matçını "Polyud"a qarşı keçirəcək.
Qeyd edək ki, "Zirə"nin "Hayduk"la ilk oyunu iyulun 23-də Bakıda baş tutacaq. Komandalar arasındakı cavab görüşü isə 31 iyul tarixində Xorvatiyada təşkil olunacaq.
- Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
- Rəşad Sadıqov “Zirə”nin hücumçularının durumuna aydınlıq gətirdi - VİDEO
- Azərbaycan klublarının avrokubokda səfərə getməyəcəyi RƏSMİLƏŞDİ
- “Roma” futbolçuları “Latsio” ilə qarşılaşmada xüsusi forma geyinəcəklər
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
0
0