ABL: XI turun daha 3 oyunu keçiriləcək
18.01.2025 - 10:54
![ABL: XI turun daha 3 oyunu keçiriləcək](https://apasport.az/storage/news/2025/january/18/big/678b4c9ba62ca678b4c9ba62cb1737182363678b4c9ba62c8678b4c9ba62c9.jpg)
Bu gün Azərbaycan Basketbol Liqasında XI turun daha 3 oyunu reallaşacaq.
Apasport.az xəbər verir ki, saat 12:30-da NTD "Abşeron"la üz-üzə gələcək.
Ardınca "Naxçıvan" "Neftçi" kollektivi ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu görüşün start fiti saat 16:30-da səslənəcək. A qrupunun hər iki matçı "Sərhədçi" İdman Mərkəzində baş tutacaq.
Günün son görüşündə "Sumqayıt" "Ordu"nu sınağa çəkəcək. Sumqayıt Olimpiya İdman Kompleksində keçiriləcək B qrupunun qarşılaşması saat 19:00-da başlayacaq.
Qeyd edək ki, turun açılış matçında "Sabah" "Sərhədçi"ni 85:78 hesabı ilə məğlub edib.
0
0