ABŞ millisində ciddi itki
08.07.2024 - 16:22
![ABŞ millisində ciddi itki](https://apasport.az/storage/news/2024/july/08/big/668bd9fb290de668bd9fb290df1720441339668bd9fb290dc668bd9fb290dd.jpeg)
Basketbol üzrə ABŞ millisi Paris Olimpiadası çərçivəsində ilk oyununu Serbiyaya qarşı keçirəcək.
Apasport.az xəbər verir ki, artıq komanda ilk oyunun hazırlıqlarına başlayıb.
“Feniks Sans”ın ulduzu Kevin Dürant zədə səbəbilə təlim-məşq toplanışının ilk iki gününü buraxmalı olub. Bununla belə, onun zədəsi ciddi deyil.
Basketbolçu bərpa məqsədilə Kanadaya qarşı keçiriləcək yoldaşlıq görüşünü kənardan izləyə bilər.
Qeyd edək ki, ABŞ-Serbiya görüşü iyulun 28-də baş tutacaq.
0
0