Kişilər arasında Azərbaycan Basketbol Liqasında pley-off mərhələsi davam edir.
Apasport.az xəbər verir ki, bu gün daha bir matç keçirilib.
“Abşeron” “Naxçıvan”la üz-üzə gəlib. İlk görüşdə 88:83 hesablı qələbə qazanan “Naxçıvan” yarımfinala adlamaq üçün ikinci qarşılaşmada qalib gələ bilməyib. Meydan sahibləri 85:79 hesabı ilə üstün olublar. Cütün qalibi 3-cü görüşdə müəyyənləşəcək.
Azərbaycan Basketbol Liqası
22 aprel
Pley-off mərhələsi
2-ci oyun
19:00. “Abşeron” – “Naxçıvan” - 85:79 (10:21, 20:20, 31:21, 24:17)
Bakı İdman Sarayı
Seriyada hesab – 0:1
Qeyd edək ki, bunadək “Sabah”la “Neftçi” yarımfinala yüksəlib.
- Sultanov Şeydayevi qınadı: “Əlbəttə, pula önəm verir”
- “Araz-Naxçıvan” qol oldu, yağdı - YENİLƏNİB
- Türkiyə irəlilədi, Azərbaycan mövqeyini qorudu – UEFA reytinqi
- Vüqar Nadirov: “Heç bir rəqibə yuxarıdan aşağı baxmamalısan” - Müsahibə
- Voyislav Stankoviç: "Roman Qriqorçuk tez-tez toplantı keçirməyi sevir" - MÜSAHİBƏ