Avroliqada pley-in mərhələsi
29.06.2023 - 20:34
![Avroliqada pley-in mərhələsi](https://apasport.az/storage/news/2023/june/29/big/649dac3e0512f649dac3e051301688054846649dac3e0512d649dac3e0512e.jpg)
2023/24 mövsümündə basketbol üzrə Avroliqada 18 komanda mübarizə aparacaq.
Apasport.az saytı xəbər verir ki, ilk dəfə turnirdə pley-in mərhələsindən istifadə olunacaq.
Müntəzəm çempionatın nəticələrinə görə, ilk 6 yeri tutan komandalar pley-offa bitbaşa yüksələcəklər. 7-ci və 8-ci yeri tutan klubların arasında keçiriləcək oyunun qalibi növbəti xoşbəxt olacaq. Bu cütün məğlubu isə 9-10-cu yerlərdə qərarlaşan komandaların qalibi ilə üz-üzə gələcək və pley-offda çıxış edəcək sonuncu təmsilçini müəyyən edəcəklər.
Qeyd edək ki, bu sistemdən NBA-da istifadə olunur.
0
0