Azərbaycan millisi Avropa Kubokuna məğlubiyyətlə başlayıb
22.08.2024 - 16:24
![Azərbaycan millisi Avropa Kubokuna məğlubiyyətlə başlayıb](https://apasport.az/storage/news/2024/august/22/big/66c72d6e8e92c66c72d6e8e92d172432932666c72d6e8e92a66c72d6e8e92b.jpg)
Azərbaycanın 3x3 basketbol üzrə qadınlardan ibarət millisi Avstriyanın paytaxtı Vyanada keçirilən Avropa Kubokunda mübarizəyə başlayıb.
Apasport.az xəbər verir ki, yığmamız C qrupunda ilk olaraq İspaniya ilə üz-üzə gəlib.
Matç Azərbaycanın məğlubiyyəti ilə bitib - 12:20.
Komandamız bu gün Bakı vaxtı ilə saat 19:15-də Avstriya millisi ilə üz-üzə gələcək.
Qeyd edək ki, qruplarda ilk iki yeri tutacaq komandalar 1/4 finala vəsiqə qazanacaqlar.
0
0