![Basketbolçularımız mübarizəni dayandırıblar](https://apasport.az/storage/news/2024/july/20/big/669bed51af4bf669bed51af4c01721494865669bed51af4bd669bed51af4be.jpg)
Bu gün basketbolun 3x3 növü üzrə Qadın seriyasının Quba mərhələsinə start verilib.
Apasport.az xəbər verir ki, 8 komanda iki qrupda mübarizə aparıb.
Azərbaycan təmsilçisi “Baku Fleyms” A qrupunda üç oyun keçirib. Havva Nastakalova, Sali Al-Xuri, Nailə Əlisultanova və Ləman İbrahimovadan ibarət komandamız Niderland, Çin U-24 və Avstraliya ilə görüşüb. Komandamız hər 3 oyunda qələbə əldə edə bilməyib və nəticədə mübarizəni dayandırıb.
Qeyd edək ki, turnirə sabah yekun vurulacaq.
Qadın seriyası, Quba mərhələsi
Qrup mərhələsi, A qrupu
20 iyul
16:30. Niderland - “Baku Flames” – 21:4
18:10. Çin U-24 - “Baku Flames” - 21:2
20:00. Avstraliya - “Baku Flames” - 21:3