Cedi Osman Yunanıstanda qaldı - PAOK-la müqavilə
11.07.2026 - 00:33
Türkiyə millisinin basketbolçusu Cedi Osman karyerasını Yunanıstanda davam etdirəcək.
Apasport.az xəbər verir ki, 30 yaşlı forvard PAOK klubu ilə müqavilə imzalayıb.
Tərəflər arasında bağlanan sazişin detalları açıqlanmayıb. Bununla da Cedi Osman yenidən Yunanıstan çempionatında çıxış edəcək.
Qeyd edək ki, Cedi Osman karyerası ərzində "Anadolu Efes", "Cleveland Cavaliers", "San Antonio Spurs" və son olaraq Yunanıstanın "Panatinaikos" komandalarının formasını geyinib.
Türkiyə millisinin aparıcı basketbolçularından olan Osman 2024/25 mövsümündə "Panatinaikos"la Yunanıstan çempionu olub.
- “Sabah” litvalı basketbolçu ilə müqavilə imzalayıb
- Murad Musayev: “Krasnodar”da rublla alırdım, Azərbaycanda dollarla”
- "Real" sabiq futbolçusunu komandaya qaytarmaq istəyir
- İsveçrə millisinin forvardı “Qarabağ”a keçidə razılıq verdi - ÖZƏL
- PSJ-ni məğlub edən məşqçi: "Futbol məzarlığı favoritlərlə doludur”
0
0