Basketbolun 3x3 növü üzrə Qadın seriyasının Bakı mərhələsində iştirak edəcək bütün qonaq komandalar bəlli olub.
Apasport.az xəbər verir ki, Azərbaycan millisinin də qatılacağı turnirə 14 komanda gələcək.
Qonaqlardan 12-si yığma, 2-si klubdur. Niderland, İtaliya, Tailand, Çili, Filippin, Qazaxıstan, Misir, Madaqaskar, Rumıniya, Çin, Avstriya və Latviya milliləri Bakıda meydana çıxacaq. Çexiyanın “Praqa” və İtaliyanın “Roma” klubları da iştirakçılar arasında yer alıblar.
Ümumilikdə yarışa 16 komanda qatılacaq. Sonuncu iştirakçı ölkəmizi təmsil edəcək klub olacaq. Millimizlə birgə yarışda qüvvəsini sınayacaq bu komanda meydan sahibi kimi “vild-kard”a malikdir.
Qeyd edək ki, Bakı mərhələsi mayın 26-27-də keçiriləcək.
- Türkiyə Olimpiya Komitəsinin vitse-prezidenti: Azərbaycanın idman sahəsindəki uğuru məni qürurlandırır
- Adrian Skarlatake: “Regekamfp “Neftçi”də uğur qazanacaq, lakin...” - MÜSAHİBƏ
- "Barselona" məşhur forvardını satacaq
- Serbiyanın baş məşqçisi: "Sona qədər özümüzə inandıq"
- "Səbail" yoxlama oyunu keçirib