
İyulun 12-dən start götürən oğlanlardan ibarət U-18 millimizin İstanbul təlim-məşq toplanışı davam edir.
Apasport.az xəbər verir ki, Avropa Çempionatının B divizionu öncəsi Anar Sarıyevin rəhbərlik etdiyi millimiz təlim-məşq toplanışı çərçivəsində taktiki və texniki məşqlərlə yanaşı, yoldaşlıq oyununda da öz gücünü sınaqdan keçirib.
Millimiz kişilərdən ibarət Küveyt yığmasına qarşı keçirdiyi hazırlıq oyununda 67:77 hesabı ilə rəqibinə məğlub olub.
Qeyd edək ki, hazırlıq prosesi 22 iyula qədər davam edəcək. Bu toplanışın əsas məqsədi isə 25 iyul – 3 avqust tarixlərində Rumıniyanın Piteşti şəhərində keçiriləcək Avropa Çempionatının B divizionu oyunlarına hazırlıqdır.