![Millimizin Bakı mərhələsindəki rəqibləri bəlli olub](https://apasport.az/storage/news/2024/august/14/big/66bc632fd1ebc66bc632fd1ebd172362219166bc632fd1eba66bc632fd1ebb.jpg)
Azərbaycanın 3x3 basketbol millisinin Dünya Qadın Seriyasının Bakı mərhələsindəki rəqibləri müəyyənləşib.
Apasport.az xəbər verir ki, 16 komandanın iştirak edəcəyi yarışda yığmamız C qrupunda mübarizə aparacaq.
Əsas raunddan yarışa qatılacaq təmsilçimiz Almaniyanın "Düsseldorf ZOOS" klubu və təsnifat mərhələsinin A qrupunda ilk pilləni tutacaq komanda ilə görüşəcək. Avqustun 17-də "Düsseldorf ZOOS"la üz-üzə gələcək komandamız həmin gün təsnifatdan gələn komanda ilə də qarşılaşacaq. İlk görüş saat 16:50-də, növbəti qarşılaşma isə 18:30-da başlayacaq.
Qeyd edək ki, Bakı mərhələsi avqustun 17-si və 18-də keçiriləcək.